Ağ Ev: “Braziliyalı nazirin Ukrayna ilə bağlı dedikləri ABŞ-a zərbə olub”
“Braziliyanın xarici işlər naziri Mauro Vieyranın ABŞ-ın Ukraynadakı münaqişəyə görə məsuliyyət daşıması ilə bağlı sözləri ölkə hakimiyyəti üçün zərbə olub.
“Report” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
“Xarici işlər nazirinin tonu bizim üçün zərbə idi, neytral ton deyil”, - Karine Jan-Pyer vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-ın Ukrayna münaqişəsinə görə məsuliyyəti bölüşməli olduğu və sülhdə maraqlı olmaması ilə bağlı iddialar həqiqətə uyğun deyil.
Oxunub: 98
Xəbəri paylaş
Paylaş: