Kubanın Milli Assambleyası Migel Dias-Kaneli yenidən prezident seçib
Kuba Xalq Hakimiyyətinin Milli Assambleyası Migel Dias-Kanel Bermudesi yenidən 2028-ci ilə qədər ölkənin prezidenti vəzifəsinə seçib.
“Report” xəbər verir ki, parlamentin iclası Kubanın dövlət televiziyası vasitəsilə yayımlanıb.
İclasda iştirak edən 462 deputatdan 459-u adıçəkilən siyasətçinin lehinə səs verib. Hazırkı vitse-prezident Salvador Valdes Mesa da yenidən Kubanın vitse-prezidenti seçilib.
Oxunub: 102
Xəbəri paylaş
Paylaş: