Kolumbiyada mədən partlaması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
Kolumbiyanın Kukunuba şəhərində xilasedicilər bölgədəki kömür mədənində baş vermiş partlayışdan sonra itkin düşmüş hesab edilən 4 şaxtaçının meyitini tapıblar.
“Report” xəbər verir ki, bu barədə EFE bölgənin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Daha öncə 3 nəfərin öldüyü və 4 nəfərin itkin düşdüyü barədə məlumat verilmişdi.
Kundinamarka qubernatoru Nikolas Qarsia Bustos tviterdə daha iki şaxtaçının meyitinin səthə çıxarıldığını təsdiqləyib.
İlkin məlumata görə, cümə axşamı baş verən partlayışa səbəb qazın yığılması olub. Hadisə baş verən zaman içəridə 11 şaxtaçı olub. Keçən ilin dekabrında milli mədən agentliyi mədəndə işlərin müvəqqəti qadağan edilməsi barədə göstəriş verib.
Oxunub: 101
Xəbəri paylaş
Paylaş: