MI6 kəşfiyyatçısı uşağını öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib
Britaniya kəşfiyyatı MI6-nın keçmiş əməkdaşı öz uşağını öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.
“Report” xəbər verir ki, bu barədə “The Times” qəzeti gizli xidmətin ixtiyarında olan hesabata istinadən məlumat yayıb.
Qeyd olunub ki, adıaçıqlanmayan keçmiş kəşfiyyatçının məhkəməsi bağlı qapılar arxasında keçirilib. Andlı iclasçılar MI6 əməkdaşının psixoloji xəstəliyinin olması ilə razılaşsa da, onu qətldə təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib.
Oxunub: 95
Xəbəri paylaş
Paylaş: