ABŞ hərbçiləri Sudandan Amerikanın dövlət qulluqçularını, xarici diplomatları təxliyə edib
ABŞ ordusu Sudandan bütün ABŞ dövlət qulluqçularını və onların ailələrini, eləcə də bir neçə xarici diplomatı – azı 100 nəfəri təxliyə edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndələri bildiriblər. "Əməliyyatda ümumilikdə 100-dən bir qədər çox hərbçi iştirak edib. Hərbçi həmkarlarımız tərəfindən təxliyə edilənlərin sayı 100-dən az olub", - rəsmilərdən biri qeyd edib.
Oxunub: 133
Xəbəri paylaş
Paylaş: