Fransa ilə BƏƏ arasında gərginlik -
Gəmilər üz-üzə gəldi
Olay 22 may tarixində Liviyanın şərqindəki Tobruk limanında qeydə alınıb.
İddiaya görə, BƏƏ gəmisi silah embarqousunu pozaraq Tobruk limanına gəlib və qiyamçı general Xəlifə Haftara sadiq qüvvələrdən qaçaq yolla neft almaq istəyib.
ABŞ-ın “Blumberq” informasiya agentliyinin xəbərinə görə, 4 qərbli diplomat hadisəni təsdiq edib. Gəminin sahilə yaxınlaşmasına fransızlar tərəfindən 1 həftə icazə verilməyib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri Liviyada dəstəklədiyi Haftar qüvvələrinə maliyyə qaynağı təmin etmək üçün qaçaq yollarla ölkə neftini satmağa çalışır.
Xatırladaq ki, Haftar qüvvələri 18 yanvar tarixində Liviyada nəzarətlərində olan neft quyularında istehsalı dayandırdıqlarını açıqlamışdı. Liviyada neftin çıxarılması, emalı, satışı və ixracından məsul Milli Neft Qurumundan ötən gün verilən açıqlamaya görə, 18 yanvardan etibarən istehsalın azalması səbəbilə ölkə 4 milyard 943 milyon 976 min dollar zərərə uğrayıb.