Qazaxıstanda 9 may - Qələbə Günü qeyd olunmayacaq
Qazaxıstanda 7 may Vətənin Müdafiəçisi Günü və 9 May - Qələbə Günü qeyd olunmayacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, buna səbəb büdcəyə qənaət və digər tapşırıqların həllinin zəruri olmasıdır.
Xatırladaq ki, 9 may SSRİ-nin (1941-1945) faşizm üzərində qələbəsi günü kimi qeyd olunur. Qələbə Günü əksər postsovet ölkələrində qeyd edilir.
Oxunub: 117
Xəbəri paylaş
Paylaş: