Xəzər İbrahim ermənilərin Azərbaycan səfirliyi önündə mitinq keçirdiklərini bildirib
Qondarma “erməni soyqırımı”nın ildönümündə ABŞ-də yaşayan ermənilər Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında mitinq keçirirlər.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan səfiri Xəzər İbrahim tviterdə bildirib.
“Ermənilər səfirliyimizin önündə sülh istədikləri şüarları səsləndirməklə yanaşı, həm də Azərbaycan və Türkiyənin suveren ərazilərinə iddialar səsləndirirlər. “Sülh” sözü ermənicə “müharibə” kimi tərcümə olunur?”, - diplomat sosial şəbəkədə qeyd edib.
Oxunub: 113
Xəbəri paylaş
Paylaş: