“Abrams” tankları ilin sonunadək Ukraynaya veriləcək
Amerikanın “Abrams M1A1” tankları, ehtimal ki, 2023-cü ilin sonuna qədər Ukraynaya çatdırılacaq. “Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun spikeri general Patrik Rayder bildirib. O qeyd edib ki, indi Almaniyada kadr hazırlığı davam etdiriləcək - bunun üçün xüsusi olaraq oraya “Abrams M1” tankları göndəriləcək. “Bu tanklar (Almaniyaya göndəriləcək - red.) yalnız təlim üçün nəzərdə tutulacaq. Bunlar sonradan Ukraynaya gedəcək yenilənmiş tanklar deyil”, - o qeyd edib. Onun sözlərinə görə, Ukraynaya gələn “Abrams M1А1” ölkədə gedən döyüşlərin xüsusiyyətlərinə uyğun təchiz ediləcək.
Oxunub: 147
Xəbəri paylaş
Paylaş: