Pakistanda ağır yol qəzasında azı 9 nəfər ölüb

Pakistanın Sind əyalətində yük maşını və sərnişin avtobusunun toqquşması nəticəsində azı 9 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə
polisə istinadən məlumat yayıb.Məlumata görə, insident əyalətin cənubunda yerləşən Tatta şəhərinin Çaliya rayonunda baş verib. Yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 8 nəfər yerindəcə, bir nəfər isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Polisin məlumatına görə, yük maşınının sürücüsü qəza yerindən qaçıb.
Oxunub: 203
Xəbəri paylaş
Paylaş:




















