Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
PENSİYA YAŞI ARTIR, ÖLƏNLƏRİN KAPİTALI "BATIR"...- Deputatın təklifinə ekspertlər nə deyir?
Farhad Əhmədovun 20 milyonluq MULKÜ ƏLİNDƏN ALINIR - Ramiz Mehdiyevin adı hallanır
PENSİYA YAŞINA ÇATMADAN ÖLƏNLƏRİN PULLARI HARA GEDİR?- AÇIQLAMA
Press-fakt.az
    
  • Futbol millimizin ƏN YAXŞI və PİS məşqçiləri KİMLƏR OLUB?-
    Futbol millimizin ƏN YAXŞI və PİS məşqçiləri KİMLƏR OLUB?- SİYAHI
  • 
  • Aİ Rusiyaya qarşı sanksiyaların müddətini yenə uzadıb
    Aİ Rusiyaya qarşı sanksiyaların müddətini yenə uzadıb
  • 
  • ATƏT-dən Minsk Qrupunun bağlanması barədə AÇIQLAMA
    ATƏT-dən Minsk Qrupunun bağlanması barədə AÇIQLAMA
  • 
  • "12 DEV ADAM" TARİX YAZDI...-
    "12 DEV ADAM" TARİX YAZDI...- Türklər yunanlara basketbol dərsi keçdi
  • 
  • Trampın Nobel arzusu gözündə qalır - 
    Trampın Nobel arzusu gözündə qalır -  Nobel Komitəsi açıqlama yaydı
  • 
  • Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama:
    Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: “O ərazidə Rusiya sərhədçiləri...”
  • 
  • Arayik və dəstəsinin məhkəməsi davam etdirilir - 
    Arayik və dəstəsinin məhkəməsi davam etdirilir -  Bu sənədlər məhkəmədə elan olundu /FOTO
  • 
  • NATO “Şərqin mühafizəçisi” əməliyyatına BAŞLAYIR
    NATO “Şərqin mühafizəçisi” əməliyyatına BAŞLAYIR
  • 
  • BMT-də Fələstinlə bağlı SƏSVERMƏ -
    BMT-də Fələstinlə bağlı SƏSVERMƏ - Kimlər LEHİNƏ, kimlər ƏLEYHİNƏ oldu
  • 
  • Ter-Petrosyandan Paşinyana xəbərdarlıq:
    Ter-Petrosyandan Paşinyana xəbərdarlıq:  "Ermənistanın paşası,.."
  • 
  • Tramp xəbərdarlıq etdi:
    Tramp xəbərdarlıq etdi: Rusiya iqtisadiyyatına zərbə endirəcəyik!
  • 
  • Son dörd ildə Xəzər dənizinin səviyyəsi 24 sm azalıb
    Son dörd ildə Xəzər dənizinin səviyyəsi 24 sm azalıb
  • 
  • Silivridə Əkrəm İmamoğlunun məhkəməsi başladı
    Silivridə Əkrəm İmamoğlunun məhkəməsi başladı
  • 
  • ABŞ-ın Avropadakı keçmiş komandanı:
    ABŞ-ın Avropadakı keçmiş komandanı: "Kreml imkanlarımızı yoxlamaq üçün məşq edir"
  • 
  • Mobil operatorlar bu il 800 milyon manatdan çox gəlir əldə edib
    Mobil operatorlar bu il 800 milyon manatdan çox gəlir əldə edib
  • 
  • Azərbaycan elektrik enerjisini neçəyə satıb, neçəyə alır?-
    Azərbaycan elektrik enerjisini neçəyə satıb, neçəyə alır?- Ölkələrin SİYAHISI
  • 
  • Metroda differensial qiymət artımı ola bilər -
    Metroda differensial qiymət artımı ola bilər - Rəsmi
  • 
  • FİTNES ZALLARINDA “GİZLƏNƏN” TƏHLÜKƏ...-
    FİTNES ZALLARINDA “GİZLƏNƏN” TƏHLÜKƏ...- Və ya ideal bədən istəyən gənclər üçün risklər
  • 
  • Dərslər bu tarixdə başlayacaq -
    Dərslər bu tarixdə başlayacaq - RƏSMİ
  • 
  • “BÜTÜN MƏKTƏBLƏRDƏ şagirdlərin telefondan istifadəsi QADAĞAN OLUNACAQ”-
    “BÜTÜN MƏKTƏBLƏRDƏ şagirdlərin telefondan istifadəsi QADAĞAN OLUNACAQ”- RƏSMİ
  • 
  • “Sülh sazişinin yaxın aylarda imzalanması gözlənilir”-
    “Sülh sazişinin yaxın aylarda imzalanması gözlənilir”- Ermənistanın ATƏT-dəki daimi nümayəndəsi
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Zelenskini öldürmək istəyən “Vaqner”in rəhbəri ÜZƏ ÇIXDI
  • Putinin dostu: “Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir”
  • Kadırov Putinə Zelenskini öldürəcəyinə söz verib
  • Conson: “Ukrayna qalib gələcək, Ukrayna azad olacaq”
  • Dmitri Polyanski: "Vaqner" ÖHŞ-in Rusiya hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur"
  • “BUNDAN SONRA PUTİNİ PARÇALAYACAQLAR...” - “Məğlubiyyət açıq-aydın və sarsıdıcı olacaq”

    • Tarix: 28-04-2023, 09:30

    “Putin anlayır ki, onun ordusu qalib gələ bilməz”

    Ukraynanın “Qlavred.info” saytına verdiyi müsahibədə rusiyalı siyasi texnoloq, 2008-2010-ci illərdə Vladmir Putinin çıxışlarının mətnini yazan Abbas Qalyamov “Vaqner”özəl hərbi qrupunun başçısı Yevgeni Priqojinin məqaləsindən, Rusiyanın Ukrayna əleyhinə apardığı müharibədən, Putinin işğal olunmuş ərazilərə səfərindən danışıb. Politoloq həmçinin Putinin mövcud siyasi vəziyyətini dəyərləndirib və Krımın Ukrayna tərəfindən azad edilməsindən sonra Kreml rejiminin nə üçün çökəcəyini izah edib.


    Hurriyyet.az həmin müsahibəni təqdim edir:

    - Bir müddət öncə “Vaqner” özəl hərbi qrupunun başçısı Yevgeni Priqojin öz məqaləsində bəyan edib ki, Rusiya üçün “ideal variant” Ukrayanya qarşı müharibəyə son qoyub, zəbt edilmiş ərazilərdə möhkəmlənməkdir. Siz necə hesab edirsiniz, Moskva bununla hansı siqnalı göndərir? Kreml bütün gücü ilə müharibəni dondurmağamı çalışacaq?

    - Mən hesab etmirəm ki, Priqojinin sözləri Moskvanın siqnalıdır. İndi o, Kremlin siqnalını translyasiya edəcək səviyyədəki fiqur deyil. Priqojin keçən ilin payızında və bu ilki qışın ilk aylarında “at belindəydi”. Çünki Moskva Surovikini öz qoşunlarının komandanı təyin etmişdi, Priqojin isə onunla ümumi dil tapa bilmişdi. Həmin vaxt həqiqətən də onu ciddi siyasi fiqur saymaq olardı, amma o vaxtdan indiyədək Priqojin ciddi şəkildə “büzüşüb”.

    Bu günün Priqojini ilə o vaxtkı Priqojin iki fərqli adamlardır. Priqojin hələ qışda zəifləməyə başlamışdı, onu artıq türməyə buraxmırdılar. Surovikinin səlahiyyətlərini azaltdılar, yerinə isə Gerasimovu təyin etdilər. Priqojin və priqojinçilər Gerasimovu hər çür təhqir edirdilər. Elə məhz bundan sonra “Vaqner” qrupunun mərmi aclığı başladı. Qalmaqalların ardından Priqojinin Kreml KİV-lərinə çıxışı xeyli məhdudlaşdırıldı. Priqojin xüsusi rabitə əlaqəsinin kəsildiyindən şikayətlənirdi, onun Kremlə buraxılış vərəqəsi ləğv edildi, zənglərinə isə cavab verən olmadı. İndi Priqojin öz əvvəlki marjinal siyasi statusuna geri dönür. Onun bəyanatı çox güman ki, müstəqil təşəbbüsdür. Priqojin öz zəifələməyini kompensasiya etməyə cəhd göstərir. O, tam olaraq marjinal səviyyəyə yuvarlanmamqdan ötrü siyasi dəstəyə ehtiyac duyur.

    Priqojin artıq yüksək hakimiyyət kabinetləri vasitəsi ilə hərəkət etmək iqtidarında deyil, ona görə də ictimai rəy üçün işləyir. Hər halda onun zəif də olsa media resursu var, onlar sosial şəbəkələrdəki trollar ordusu və müəyyən miqdarda “yemlənmiş” jurnalistlərdir ki, ictimai fikrin formalaşdırılmasına xidmət göstərirlər. Bütün olanları nəzərə alıb deyə bilərəm ki, onun məqaləsi öz siyasi mövqeyinin gücləndirilməsi cəhdindən başqa bir şey deyil. Burda Kremlin siqnalını görmürəm. Siqnal vermək üçün Kremlin başqa imkanları var.

    Yaddan çıxarmayaq ki, Priqojin Rusiya Federasiyası Prezident Administrasiyası ilə mübahisə etməyə də girişmişdi. Keçən payızın sonunda Priqojinə elə gəlirdi ki, böyük qüdrət sahibidir. O, kobud və açıq şəkildə Prezident Administrasiyasının üstünə “çımxırmışdı” və bildirmişdi ki, orada Xodorkovskinin və ABŞ Dövlət Departamentinin çoxlu tərəfdarları var və onlar Rusiyanı məhvə aparmaq istəyirlər.

    Priqojin siyasətdə yeni dayaq axtarmaq üçün məqalə yazıb. Onun siyasi təcrübəsi yoxdur, əlindəki jurnalistlərin işi isə keyfiyyətsizdir. Məqalə çox maraqlı təəssürat yaradır, tanış olmayanlara onu diqqətlə oxumağı tövsiyə edirəm. Məndə elə hiss var ki, bu, sanki bir neçə nəfərin yazdığı məktubdur. Çünki orada xeyli daxili ziddiyyətlər var ki, ümumi nəticədə əlaqəsiz bir mətn meydana çıxır.

    Məsələn, Priqojinin məqaləsində Baxmutu möhkəm saxlayan Ukrayna ordusunun və Zelenskinin fəaliyyəti müzakirə olunur, yazırlar ki, bu şəhərin heç bir əhəmiyyəti yoxdur. Sual olunur, əgər elədirsə, onda sizin özünüz niyə Baxmuta hücum edirsiniz? Baxmut uğrunda döyüşlərdə hər iki tərəf itki verir. Həm də ki, hücum edən tərəfin itkiləri daha artıqdır. Əgər Baxmutun heç bir dəyəri yoxdursa, axı, niyə oradan əl çəkmirsiniz? Həmin mətndə uzlaşmayan çox şey var.


    Düşünürəm ki, Priqojin öz mirzələrinə hər hansı strateji məqalə yazmağı tapşırıb və burada özünü cinayətkar ünsür kimi yox, hərbi strateq və siyasi mütəfəkkir kimi görmək istəyib. Priqojin özünün Platon oduğunu göstərmək istəyib. O, öz imicini düzəltmək fikrindədir, lakin müəllifin yazı üslubu və onun cinayətkar çöhrəsinin məqalədəkı izləri hər şeyi büruzə verir. Yəqin ki, Priqojin tapşırıq verib və onun üçün mətn yazıblar. Sonra özü masa arxasına keçib və düzəliş aparıb.

    O ki qaldı Priqojinin sülh tezislərinə, düşünürəm ki, bu, populizmdir və o, insanların xoşuna gəlmək istəyir. Rusiyada getdikcə çaşqınlıq artır, sülh çağırışları isə güclənir. Hətta qatı vətənpərvərlərə də çatır ki, qalib gəlmək mümükün olmayacaq. Uzun müddət elan etdikləri qış hücumu onunla yekunlaşdı ki, Rusiya ordusu hətta Baxmutu tuta bilmədi.

    İndi hamı vəziyyəti aydın görməyə başlayır, sülh istəkləri artır və bunu Priqojin də hiss edir. O, ictimai fikirdə hansısa dayaq axtarır, çünki artıq inzibati resursu özünə qarşı çevirib. Elə ona görə də belə bir mövqe nümayiş etdirmək qərarına gəlib.

    Bu tezislər ziddiyyətlərlə doludur. Priqojin bir təfədən sülh elan olunmasından danışır, digər tərəfdən isə söyləyir ki, ələ keçirilmiş torpaqları saxlmaq lazımdır, yoxsa, ukraynalılar o əraziləri gəlib alacaqlar. O, hərbi aspektdən fikir yürüdərkən etiraf edir ki, Ukrayna ordusu hücuma keçib öz torpaqlarının bir hissəsini ala bilər.

    Priqojin necə sülhə razılaşa bilər? Ukraynalılar deyir ki, Ukrayna öz torpaqlarının hamısını işğaldan azad etməyənə kimi döyüşəcək. Ümumiyyətlə, mən Priqojinin məqaləsinə böyük əhəmiyyət verməzdim. Mənim baxışıma görə bu, populist bir cəhddir, özü də çox keyfiyyətsiz cəhddir.

    - Sizcə, Putin nə üçün bu yaxınlarda işğal olunmuş ərazilərə getmişdi?

    - Putinə fəallıq göstərmək lazımdır, çünki Rusiya cəmiyyəti bunu görmək istəyir. Ali Baş Komandanın ordusu müharibədə döyüşdüyü bir vaxtda o, həmişə bunkerdə otura bilməz. Putin ictimai şüurun qədim dövrlərə gedib çıxan ən köhnə qatlarına təsir etməklə məşğuldur. Emosional səviyyədə cəsarət göstərmək lazmdır. Putin və Zelenski arasındakı fərq nəzərəçarpacaq dərəcədədir. Zelenski nəinki cəbhə xəttinə yaxın yerə, lap alovun içinə - Baxmuta gedib.

    - Bu, Rusiyadakı Putin tərəfdarları üçün sadəcə bir jestdirmi?

    - Bəli, qorxmadığını, müharibədə iştirak və prosesləri idarə etdiyini göstərməyə cəhd edir. Həm də Putin oraya ordunu ruhlandırmaq üçün getmişdi. Yəqin, Putin özü hiss edib ki, getmək lazımdır, amma ona heç kim deməyib ki, bu səfərin heç bir faydası yoxdur. Onun bu səfəri ictimai düşüncəyə təsir baxımından kiçik bonus sayıla bilər. Amma orduya təsir baxımından işə yaramayacaq.

    Putin anlayır ki, onun ordusu əzilmiş haldadır və bu ordu qalib gələ bilməz. Ona görə xüsusi ilə də Ukrayna ordusunun əks-hücumu ərəfəsində qoşunları “ruhlandırmaq” lazımdır. Qeyd edim ki,Putinin səfəri Rusiya ordusuna heç cür kömək etməyəcək. Bu addım yalnız ona loyal olan seçicilər üçün yaxşı mənzərə sayıla bilər.

    Düşünmürəm ki, onun bu səfəri ordunun əhval-ruhiyyəsinə ciddi təsir edib. Rusiya qoşunları uğursuzluq və özbaşınalıq kimi nəhəng problemlərlə üzləşiblər. Putin cəbhə bölgəsinə çoxsaylı problemlər fonunda gedib. Biz tarixdən bilirik ki, vaxtilə Çar II Nikolay da zaman-zaman cəbhəyə gedərdi. Amma bu, heç bir səmərə vermirdi.

    - Bu gün Rusiyanın siyasi sistemində Putin hansı rolu oynayır? Putin bütün qərarları verən Kreml rejiminin lideridir, yoxsa, idaredici yuxarı elitanın dəstəklədiyi adamdır?

    - Rusiya hakim rejimi bir şəxsin üzərində qurulub. Bu rejim bir nəfərin diktaturasıdır. Əlbəttə, müharibə başlayandan bu tərəfə Putinin təsiri zəifləyib. Əgər əvvəllər Putin ilə şərti olaraq ölkədəki ikinci şəxs(və ya qalan elita) arasında cox uzaq məsafə vardısa, indi bu məsafə bir il ərzində xeyli qısalıb. Söz yox ki, o, hələ də bir nömrə olaraq qalır. Ancaq eyni zamanda, artıq Putin öncəki kimi şəksiz lider deyil. Xeyli sayda insanın ona münasibəti dəyişib. Əvvəlki dövrlərdə hətta elita ona qarşı münasibətdə hər hansı şübhə yeri qoya bilməzdi, lakin indi vəziyyət fərqlidir. Prodüser İosif Priqojinlə Fərhad Əhmədovun telefon söhbəti buna bariz nümunədir. Putinin öz əhatəsində olanlar arxada onun barəsində hər şey danışırlar.

    - Kremldə parçalanma ssenarisinin baş verməsi mümkündürmü? Bu zaman yuxarı eşolonun bir hissəsi hakimiyyəti ələ keçirir, kütlələri etirazlara səfərbər edir və yeni varis önə sürülür...

    - Putin Rusiyanı dalana aparır, müəyyən bir anda rejim üçün hər şey kollapsla bitəcək. Onlar rejimi saxlmaq istəyirlər. Daxildə onlar başa düşürlər ki, rejimin davam etməsi üçün Putin ortadan çıxarılmalı və onun yerinə daha adekvat bir xələf irəli sürülməlidir. Bu, inqilabi ssenaridən qaçmaq üçün yeganə imkandır. Kim inqilab istəmirsə, islahata getməlidir. Hələ vaxtilə çar II Aleksandr demişdi: ”Təhkimçilik hüququnun yuxarıdan ləğv olunması, onun aşağılardan ləğv ediləcəyini gözləməkdən daha yaxşıdır”.

    Rusiya məhz bu məqama yaxınlaşır. Lakin bunun nə zaman baş verəcəyini söyləmək çətindir. Putin hələ ki, qorxur. Putin zəifdir, amma o, itələməklə yıxılacaq səviyyədə zəif deyil.

    - Elitanın parçalanmasının reallaşması ssenarisinə kim gedə bilər? Müdafiə Nazirliyi, DİN, oliqarxlarla birlikdə digər oyunçularmı?

    - Adətən bu ssenarilər yuxarılardakı bir neçə adamın müştərək səyləri ilə reallaşır. Bürokratiyanın dili ilə desək, Putinin devrilməsi ilə bağlı idarələrarası qrup olmalıdır. Buraya hərbi strukturların, xüsusi xidmət orqanlarının nümyəndələri və mülki şəxslər daxil olmalıdır.

    - Siz öncəki müsahibələrinizdə demisiniz ki, Mevdvedev Putinin varisi ola bilər...

    - Mən inanmıram ki, Medvedev belə bir vəziyyətdə Putinin əleyhinə oynasın. Dediyim kimi, qışda Medvedevin Putinin varisi olmaq üçün böyük şansı vardı. Belə bir təsəvvür yaradılırdı ki, Putin bu istiqamətdə işləyir. Putin Medvedevi Hərbi Sənaye Komissiyası sədrinin birinci müavini təyin etməklə onun mövqeyini gücləndirmişdi. Putin Medvedevə de-fakto alternativ hökumət yaratmağa imkan vermişdi. Amma bütün bunların hamısı qışda baş vermişdi. Artıq mart ayının əvvəlindən indiyədək Medvedevin Hərbi Sənaye Komissiyasına nəzarət etməsi barədə təsdiqləyici fakt yoxdur. Ola bilər ki, Putin Medvedevi öz varisi etmək ssenarisini qapayıb. Bəlkə də, Putinin bu addımı Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə bağlıdır.

    Əgər əvvəlcə Putin hakimiyyət tranzitinin və təhlükəsiz pensiyanın təmin olunmasıyla bağlı varisin irəli sürülməsi ssenarisinə ümid bəsləyirdisə, indi artıq cinayət tərkibi ilə təqib edilən şəxsə çevrilib.

    Belə bir vəziyyətdə Putinin sonadək hakimiyyətdən bərk yapışması lazımdır və ona görə də Medvedev variantı təxirə salınıb. Həm də Putin görüb ki, Medvedev bu işə yaramır. Bir daha qeyd edirəm, Medvedev Putinin varisi olmağa iddialıydı, ancaq onun Putini devirmək qərarına gəlməsindən söhbət gedə bilməz. Medvedev çətin ki, nə zamansa buna cəsarət edəcək.

    - Rusiyada hakimiyyət dəyişikliyi ssenarisini necə görürsünüz?

    - Müxtəlif ssenarilər ola bilər. Putinin hakimiyyəti varisə ötürməsindən tutmuş, inqilaba, hərbi çevrilişə və Kreml rəhbərinin fiziki məhvinə qədər müxtəlif ssenarilər ola bilər. Heç nəyi istisna etmək olmaz. Rusiya bifurkasiya nöqtəsindədir, şar istənilən tərəfə diyirlənib gedə bilər. Ölkə hədsiz dərəcədə dayanqsız haldadır.

    Əlbəttə, hər hansı ssenarinin reallaşması əhəmiyyətli dərəcədə müharibənin nəticəsindən asılıdır. Amma Putinin qərarından da çox şey asılıdır. Məsələn, əgər Putinin varis irəli sürüb Prezident seçkilərinə getməsi bir hadisədirsə, varisdən imtina edərək, özünün seçkilərdə iştirak etməsi başqa bir hadisədir. Hələ üstəlik seçkiyə getməklə yanaşı, Konstitutsyanın dəyişdirilməsi ilə bağlı referendum keçirməsi də baş verə bilər. Hansı qərarın alınacağını proqnozlaşdırmaq çətindir.

    Putin Rusiyada bir nömrəli oyunçu olaraq qalır. Onun necə fəaliyyət göstərəcəyi aydın deyil. Bəli, Putin zəifləyir, amma buna baxmayaraq, birinci yerdə dayanır. Onun beyninin içinə girə bilməzsən. Ancaq Putinin vurnuxduğu açıq bilinir. Sistem içərisindəki Surovikin, Gerasimov, Priqojin, Medvedev, Mişustin kimi simaların mövqelərinin dövri olaraq dəyişməsi bunun təzahürüdür.

    - Ukraynanın müharibədə qarşısına qoyduğu əsas məqsəd Krımın geri alınmasıdır. Siz necə düşünürsünüz, yarımadanın itirilməsi Rusiya hakimiyyətinin çöküşünə təkan verəcəkmi? Və ya rejim hətta belə bir məğlubiyyətdən sonra da duruş gətirə bilərmi?

    - Ukrayna Krımı qaytardıqdan sonra Putinin hakimiyyəti saxlaması hədsiz dərəcədə çətinləşəcək. Məğlubiyyət açıq-aydın və sarsıdıcı olacaq. Hamı Akelanın ovunu tuta bilmədiyini görəcək. Akela şikarını əldən buraxanda, dünənki ardıcılları onu parçalayırlar.

    Hazırda Putinin zəifləməsi hələ hamı üçün aydın deyil. Müharibə Rusiya üçün uğurlu getmir, amma hələ ki, sarsıdıcı məğlubiyyət də yoxdur. ”Moskva” kreyserinin batırılması ilə Xersonun itirilməsi kimi hadisələri taktiki uğusuzluq adlandırmaq olar. Lakin Krımın itirilməsi artıq sarsıdıcı məğlubiyyət deməkdir. Belədə hakimiyyəti saxlamaq çox müşkül olacaq. Mən Putinin belə bir vəziyyətdə hakimiyyəti müvəqqəti də olsa saxlaya biləcəyi ssenarisini istisna etmirəm. Ancaq elitanın və seçicilərin gözündə Putinin hakimiyyəti hörmətdən düşəcək. Bununla da Putin heç kimə çevriləcək və olub qalan bütün nüfuzunu itirəcək.


    Oxunub: 205
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-09-2025
      00:40 | Futbol millimizin ƏN YAXŞI və PİS məşqçiləri KİMLƏR OLUB?- SİYAHI
      00:35 | Aİ Rusiyaya qarşı sanksiyaların müddətini yenə uzadıb
      00:30 | ATƏT-dən Minsk Qrupunun bağlanması barədə AÇIQLAMA
      00:20 | "12 DEV ADAM" TARİX YAZDI...- Türklər yunanlara basketbol dərsi keçdi
      00:15 | Trampın Nobel arzusu gözündə qalır -  Nobel Komitəsi açıqlama yaydı
      00:10 | Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: “O ərazidə Rusiya sərhədçiləri...”
      00:05 | Arayik və dəstəsinin məhkəməsi davam etdirilir -  Bu sənədlər məhkəmədə elan olundu /FOTO
      00:00 | NATO “Şərqin mühafizəçisi” əməliyyatına BAŞLAYIR
      12-09-2025
      21:30 | BMT-də Fələstinlə bağlı SƏSVERMƏ - Kimlər LEHİNƏ, kimlər ƏLEYHİNƏ oldu
      19:20 | Ter-Petrosyandan Paşinyana xəbərdarlıq:  "Ermənistanın paşası,.."
      18:40 | Tramp xəbərdarlıq etdi: Rusiya iqtisadiyyatına zərbə endirəcəyik!
      17:30 | Son dörd ildə Xəzər dənizinin səviyyəsi 24 sm azalıb
      16:15 | Silivridə Əkrəm İmamoğlunun məhkəməsi başladı
      15:45 | TÜRKİYƏNİN MƏŞHUR BRENDLƏRİ Ermənistan BAZARINDA -  Quru sərhədin tam açılması ilə... /Araşdırma
      15:00 | ABŞ-ın Avropadakı keçmiş komandanı: "Kreml imkanlarımızı yoxlamaq üçün məşq edir"
      14:50 | Mobil operatorlar bu il 800 milyon manatdan çox gəlir əldə edib
      14:15 | Azərbaycan elektrik enerjisini neçəyə satıb, neçəyə alır?- Ölkələrin SİYAHISI
      14:00 | Metroda differensial qiymət artımı ola bilər - Rəsmi
      13:45 | FİTNES ZALLARINDA “GİZLƏNƏN” TƏHLÜKƏ...- Və ya ideal bədən istəyən gənclər üçün risklər
      13:35 | Dərslər bu tarixdə başlayacaq - RƏSMİ
      13:15 | “BÜTÜN MƏKTƏBLƏRDƏ şagirdlərin telefondan istifadəsi QADAĞAN OLUNACAQ”- RƏSMİ
      13:00 | “Sülh sazişinin yaxın aylarda imzalanması gözlənilir”- Ermənistanın ATƏT-dəki daimi nümayəndəsi
      12:55 | Sabiq prezidentə 27 il həbs - ABŞ məhkəmə qərarını “saxta” adlandırdı
      12:45 | RUSİYADA HƏYƏCANLI GECƏ - Yüzlərlə dron hücum etdi, Peterburq hava limanı iflic oldu
      12:40 | Azərbaycanda 7 ayda 35 min insan ölüb - Statistika Komitəsi
      12:35 | Azad edilmiş ərazilərdə 55329 nəfər məskunlaşıb -  RƏSMİ
      12:30 | Culfada 4 polisin həlak olduğu qəza yerindən FOTOLAR
      12:20 | İnfarkt və insult “gəncləşib” -  Kardioloq səbəbləri açıqladı
      12:00 | NAZİRİN BRİFİNQ TƏHDİDLƏRİ - “Təhqir də edin, amma həqiqəti ələ salmayın...”
      11:35 | Azərbaycanda əhalinin sayı açıqlandı - 0,2 faiz artım
      11:30 | Ukrayna bir zərbə ilə 17 zabiti məhv edib - Adlar açıqlandı
      11:25 | Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
      11:17 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:11 | "VƏTƏNDAŞLARI "XOŞ SÜRPRİZLƏR" GÖZLƏYİR..."- Ekspertdən bədbin proqnoz
      11:00 | Azərbaycana qış qəfil gəldi - Bölgələrdə vəziyyət kritikdir
      01:10 | Ermənipərəst senatorun həyat yoldaşı Arslanyan da məhkum edilib
      01:05 | "Rusiya artıq Ermənistanı "kiçik qardaş" kimi qəbul etmir"- Vaaqn Xaçaturyan
      01:00 | Rus RUBLU ÇÖKMƏYƏ BAŞLADI -  8 gündür durmadan ucuzlaşır və...
      00:50 | AZƏRBAYCANDA SON 10 İLİN BAHALAŞMASI...- Əhalinin gəliri artan qiymətləri ödəyə bilirmi? /Statistika
      00:45 | NATO Rusiya təhlükəsinə qarşı hərbi reaksiya ssenarisi hazırlayır
      00:40 | Manafın oğlundan sonra MARAQLI SİYAHI ortaya çıxdı - Kimlər var?
      00:35 | Korrupsiya ilə mübarizə üçün UNİKAL ÜSUL: Süni intellekt botu nazir təyin edildi
      00:30 | Bu şirkətin 600 min borcu var - Rəhbərinə "stop" qoyuldu
      00:25 | İKİ PARTİYA SƏDRİ arasında QARŞIDURMA - “Mütəllim mənə 150 min təklif etmişdi, elmi işi saxtadır...”
      00:20 | ABŞ TRIPP üçün Ermənistana birinci tranş olaraq 145 milyon dollar ayıracaq
      00:15 | Səidə Bəkirqızı işdən niyə çıxıb?- Jurnalistdən açıqlama
      00:10 | "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdir"- ABŞ senatoru
      00:05 | Direktor müavininin meyiti kanaldan tapıldı - araşdırma aparılır
      11-09-2025
      20:20 | PENSİYA YAŞI ARTIR, ÖLƏNLƏRİN KAPİTALI "BATIR"...- Deputatın təklifinə ekspertlər nə deyir?
      20:00 | "Rusiya dronları NATO bazasını hədəf alıb"-  KİV
      19:55 | "Yalvarıram, Rusiyaya və Belarusa getməyin" -  XİN rəhbəri
      19:40 | Farhad Əhmədovun 20 milyonluq MULKÜ ƏLİNDƏN ALINIR - Ramiz Mehdiyevin adı hallanır
      19:30 | Türkiyənin xüsusi nümayəndəsi Ermənistana gedir
      14:55 | Hava limanında QADAĞA TƏTBİQ OLUNMAĞA BAŞLANDI -  Taksi qiymətləri kəskin bahalaşdı /FOTO
      14:44 | Mustafayev Zəngəzura gedib, Qriqoryan Zəngilana gəlib - Görüşün DETALLARI
      14:40 | Əsgər ölümündə ittiham olunan Samir Həziyev və Aydın Quliyev azadlığa buraxılıb
      13:45 | "Bizim mağazalarımızda Azərbaycan malları olacaq"- Simonyan
      13:40 | Şuşakənd və Qırmızı Qəsəbəyə İLK KÖÇ - FOTOLAR
      13:10 | BAKIDA "FORMULA-1"-ə GÖRƏ BU YOLLAR BAĞLANACAQ - SİYAHI
      13:05 | "Bu canavara yalnız ölüm hökmü verilməlidir"- Tramp bu şəxsin edamını istədi
      13:00 | 7318 müəllimin fəaliyyətinə XİTAM VERİLİB - 72 mindən çoxunun maaşı ARTIRILACAQ
      12:55 | “Habertürk” və “Show TV”yə həbs qoyuldu - 8 yüksək vəzifəli rəhbər...
      12:50 | Bağça müəllimlərinin sertifikasiyası - Nazir tarixi AÇIQLADI
      12:30 | PENSİYA YAŞINA ÇATMADAN ÖLƏNLƏRİN PULLARI HARA GEDİR?- AÇIQLAMA
      12:25 | “Ukraynada müharibə daha iki il davam edəcək”- Avropa İttifaqı acizliyini etiraf edir
      12:22 | Daha bir ölkədən İsrailə qadağa: Fələstinə dəstək güclənir
      12:20 | "Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq
      12:17 | Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak ödənişli olacaq
      12:00 | Məcburi KÖÇKÜNLƏRƏ AKTUAL SUAL: “NİYƏ KƏNDİNİZƏ QAYITMAQ İSTƏMİRSİNİZ?”- VİDEO
      11:55 | Ötən il 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib
      11:50 | “Elə məktəb var, orada 30 min manat illik təhsil haqqı tələb olunur”- DEPUTAT
      11:45 | Trampdan Netanyahuya sərt REAKSİYA: Qətərdəki hücum ağılsızlıq idi!
      11:30 | İrəvandan Zəngəzur açıqlaması: Başladı, Mehridə dağlar dağıdılır
      11:20 | ABŞ-nin 2026-cı il üçün HƏRBİ XƏRCLƏRİ TƏSDİQLƏNDİ - 900 MİLYARD DOLLAR
      11:15 | Döyüş xətləri çəkilir, Avropa hərəkətə keçməlidir - Von der Leyen
      11:10 | Manaf Ağayevin oğlu işdən ÇIXARILDI - Etimadı doğrultmayıb
      11:05 | Bakının bu ərazilərində kütləvi söküntü başlayır - VİDEO
      11:00 | Sabah 4 şəhidimiz dəfn olunacaq - ADLAR
      00:45 | Paşinyanın valideynləri: 12 YAŞINDAN NİKOLU ÖGEY ANASI BÖYÜDÜB -  FOTOLAR
      00:40 | ABŞ Kərimovun “Amadea” yaxtasını 100 milyon dollara hərraca çıxardı
      00:36 | Türkmən qazı da Zəngəzur dəhlizindən KEÇƏCƏK - "Anadolu" agentliyi
      00:30 | "ATƏT-in Minsk qrupu heç vaxt faydalı iş görməyib"- "Münaqişəni dərinləşdirib..."- Paşinyan
      00:25 | Rusiyada daha bir azərbaycanlıya hökm oxundu
      00:20 | İsrail Yəməndə mülki obyektlərə RAKET ATIB -  ÖLÜ SAYI 35 nəfərə çatıb
      00:15 | Fransada iğtişaşlar zamanı 300-dən çox aksiyaçı saxlanılıb
      00:10 | Sabahdan Rusiyadakı azərbaycanlılar geri dönürlər? - Deputatın şərhi
      00:05 | Tbilisidə insident: etirazçılarla polis arasında qarşıdurma yarandı
      00:00 | Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
      10-09-2025
      21:45 | "ONU HEÇ NƏ XİLAS ETMƏYƏCƏK"- "Heç bir güzəşt olmayacaq..."
      21:35 | Bu şəxslərin işdən azad olunması qadağan edilsin - Deputatdan təklif
      21:30 | 9 milyona təmirsiz mənzil (!) - Paytaxda dodaquçuqladan ev qiyməti...
      21:25 | Almaniya Ukraynaya dəstək baxımından dünyada birinci yerdədir - Pistorius
      21:15 | QUMAR MAFİYASININ 20 MİLYONLUQ SƏRVƏTİ - Evlər, obyektlər, lüks avtomobillər…
      21:10 | Paşinyan İrəvanın Minsk Qrupunun buraxılmasına niyə razılaşdığını açıqlayıb
      21:05 | "Qızıla sərmayə qoymayın"- Ekspertdən XƏBƏRDARLIQ
      21:00 | Polşaya PUA hücumu ilə bağlı Rusiyadan İLK AÇIQLAMA
      19:40 | "Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var"- Ermənistanın Baş naziri
      19:15 | AEROPORTDAN ŞƏHƏRƏ BU QİYMƏTƏ GEDƏCƏYİK...-  "Burada əsas məqsəd qiyməti artırmaqdır"
      19:05 | İsrail səfirindən HƏMAS-a açıq təhdid: “Bu dəfə olmadısa, növbəti dəfə olacaq”
      19:00 | Azərbaycanda ƏN ÇOX BAHALANAN məhsulların adları AÇIQLANDI
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.