YAP-ın Mərkəzi Aparatı Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatı tərəfindən akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr edilmiş “Nəsillərə nümunə olan ömür yolu” mövzusunda tədbir keçirilib. "Report" xəbər verir ki, konfransdan öncə Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, torpaqlarımızın müdafiəsi və azad edilməsi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub. "Zərifə xanım Əliyeva həm peşəkar həkim-mütəxəssis, həm ləyaqətli ziyalı, həm vəfalı ömür-gün yoldaşı, həm də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxıb. O, həm insanlara nur və şəfa bəxş edib, həm savadlı, peşəkar mütəxəssislərin yetişməsində fəal rol oynayıb, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün örnək yaradıb. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub". Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən akademik Zərifə Əliyevanın həyat fəlsəfəsi çoxşaxəli və zəngindir. Onun sözlərinə görə, Zərifə xanımın beynəlxalq konfrans və simpoziumlarda alimlərin müzakirə mövzusuna çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyada daha geniş tanınmasına imkan verib. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, Zərifə Əliyevanın əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olduğu barədə elmi və ictimai mənbələrdə kifayət qədər rəy və mövqe mövcuddur. YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyeva vurğulayıb ki, Zərifə Əliyeva tanınmış ictimai xadim olmaqla yanaşı, gözəl həyat yoldaşı, qayğıkeş ana olub. O, Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini diqqətə çatdırıb.
Tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Zərifə xanım Əliyevanın zəngin, şərəfli ömür yolu bugünkü və gələcək nəsillər üçün parlaq nümunədir: