Çexiya və Slovakiya prezidentləri Kiyevdə hava hücumu siqnalı zamanı sığınacağa enməli olublar
Çexiya Prezidenti Petr Pavel və slovakiyalı həmkarı Zuzana Çaputova Ukraynanın paytaxtı Kiyevdə hava hücumu zamanı sığınacağa enməli olublar. Bu barədə “Report” Nəşr bildirib ki, həyəcan təbili çalan zaman Peter Pavel oteldə olub, daha sonra proqramını yarımçıq qoyaraq binanın zirzəmisinə enmək məcburiyyətində qalıb. Slovakiya Prezidenti də sığınacağa enib. “Lakin daha sonra Çexiya Prezidenti sığınacaqda proqramını davam etdirib və orada onu qarşılamağa gələn Krım tatarlarının nümayəndələri ilə görüşüb”, - nəşr qeyd edib. Xatırladaq ki, dünən Çexiya Prezidenti slovakiyalı həmkarı ilə birlikdə Ukraynaya gəlib.
Oxunub: 198
Xəbəri paylaş
Paylaş: