Zelenski ölkədə səfərbərlik və hərbi vəziyyətin uzadılmasını təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya hərbi vəziyyətin uzadılması və səfərbərlik haqqında qanun layihələrini təqdim edib. “Report” xəbər verir ki, qanun layihələri bazar ertəsi Radanın saytında yer alıb. Lakin müddətlərin nə qədər uzadılacağı məlum deyil, hələlik layihələrə də dair izahlı qeydlər yoxdur. Qeyd edək ki, Ukraynada 2022-ci il fevralın 24-də hərbi vəziyyət rejimi tətbiq olunub, ertəsi gün Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb. Nəticədə hərbi xidmət keçməli olan kişilərin ölkədən çıxışı qadağan edilib.
Oxunub: 154
Xəbəri paylaş
Paylaş: