BMT TŞ-yə sədrlik Rusiyadan İsveçrəyə keçib
BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyadan İsveçrəyə keçib. "Report"un ABŞ bürosu xəbər verir ki, İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskal Berisvil təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırıb və may ayı ərzində gündəmdə olacaq əsas müzakirə mövzularını açıqlayıb. Səfir qeyd edib ki, may ayı ərzində TŞ-də Suriya ilə bağlı müntəzəm görüşlər keçirəcək, Sudan böhranı, Əfqanıstanda cərəyan edən hadisələrin müzakirəsi prioritet olacaq. O, Ukraynadakı vəziyyətlə bağlı xüsusi müzakirələrin gözlənilmədiyini bildirib. Diplomat ay ərzində TŞ-yə üzv ölkələrin müraciətləri ilə münaqişəli bölgələrlə bağlı fövqəladə iclasların da keçirilə biləcəyini vurğulayıb.
Oxunub: 127
Xəbəri paylaş
Paylaş: