Kansler: “Almaniya Rusiya ilə NATO arasında gərginliyin qarşısını almaq üçün hər şeyi edir”
“Almaniya Rusiya ilə NATO arasında gərginliyin qarşısını almaq üçün hər şeyi edir”. “Report” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Koblenz şəhərində vətəndaşlarla müzakirə zamanı deyib. “Biz birtərəfli addımlar atmırıq, biz yalnız tərəfdaşlarımızla koordinasiyada hərəkət edirik. Biz hər şeyi edirik ki, Rusiya ilə NATO arasında müharibə istiqamətində eskalasiya olmasın”-deyə, o bildirib. Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib ki, Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılmış əks-hücum əməliyyatı üçün yaxın vaxtlarda Ukraynaya yeni silah təchizatı göndərmək niyyətindədir.
Oxunub: 148
Xəbəri paylaş
Paylaş: