NOVRUZ MƏMMƏDOVUN İSPANİYADA MİLYONLUQ MƏNZİLİ ÜZƏ ÇIXDI -
Foto
Bu haqda BAKU.WS "Novaya qazeta" nəşrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Novruz Məmmədov İspaniyadakı elit kompleksdə Rusiya Patriarxlığının xarici əlaqələr şöbəsinin rəhbəri mitropolit İlarionla qonşudur.
Qonşuların dediyinə görə, İlariona bahalı mənzili hədiyyə ediblər. Repetidor küçəsindəki mənzillərin ümumi sahəsi 235 kv. metrdən çoxdur və qiyməti (2011-ci ildə) 950.000 avro təşkil edir.
Qeyd edək ki, mitropolit İlarionun Novruz Məmmədovdan başqa məşhur müğənni Tamara Qverdtsiteli, rejissor və televiziya aparıcısı Yuli Qusman, prodüser Timur Vaynşteyn, ukraynalı iş adamı Yuri Aptekar və digərləri qonşuluğunda yaşayır.