Brayza: “Heydər Əliyevin uzaqgörənliyi Azərbaycanın enerji sektorunu dirçəltməyə imkan verdi”
“Heydər Əliyevin uzaqgörənliyi Azərbaycanın enerji sektorunu dirçəltməyə imkan verdi”. Bunu “Report”a müsahibəsində beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. O, bir zamanlar Azərbaycanın neft-qaz biznesinin SSRİ-nin dağılmasından sonra heç vaxt özünə gəlməyəcəyi ehtimalının olduğunu xatırladıb: “Heydər Əliyevin uzaqgörənliyi Azərbaycana əvvəllər qeyd etdiyim kimi, enerji sektorunu dirçəltməyə və son nəticədə öz enerji resurslarını bu kəmərlər vasitəsilə ixrac etməyə imkan verdi. Onun uzaqgörənliyi həm də geosiyasi cəhətdən balanslaşdırılmış şəkildə xarici investisiyaların cəlb edilməsində görünürdü, çünki Azərbaycanın düşmən qazanmasını istəmirdi. Bu, Böyük Britaniya, Türkiyə və Yaponiyada yerləşən şirkətlərdən, eləcə də Rusiya və hətta İran şirkətlərindən investisiyalar cəlb etmək demək idi”. Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.