Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub
- FOTO
Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub. “Report” xəbər verir ki, bu barədə iki ölkənin BMT-dəki daimi nümayəndələri birgə kommunike imzalayıblar. “5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Daimi Nümayəndəsi cənab Yaşar T. Əliyev və Papua Yeni Qvineyanın Müstəqil Dövlətinin Daimi Nümayəndəsi Maks Hufanen Ray iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommunike imzalayıblar”, - Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin məlumatında bildirilib.
Oxunub: 116
Xəbəri paylaş
Paylaş: