KİV: ABŞ “Binance”ın rusiyalılara sanksiyalardan yan keçməyə kömək edib-etmədiyini araşdırır
ABŞ Ədliyyə Departamenti “Binance”in rusiyalılara ABŞ sanksiyalarından yan keçməyə və dünyanın ən böyük kriptovalyuta birjası vasitəsilə pul köçürməsinə kömək edib-etmədiyini araşdırır. “Report” xəbər verir ki, bu barədə Nəşr bildirib ki, ABŞ Ədliyyə Nazirliyinin milli təhlükəsizlik şöbəsinin təhqiqatı “Binance” və ya şirkətin vəzifəli şəxslərinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqəli sanksiyaları pozub-pozmadığını aydınlaşdırır. Mənbələrdən birinin sözlərinə görə, təhqiqat kriminal şöbənin təhqiqatı ilə paralel aparılır. Başqa bir mənbəyə görə, “Binance” ABŞ Ədliyyə Nazirliyi ilə birjanın İrana qarşı sanksiyalardan yayınmaq üçün istifadə edildiyinə dair öncəki şikayətləri çözmək üçün danışıqlar aparır. “Binance” verdiyi açıqlamada şirkətin bütün ABŞ və beynəlxalq maliyyə sanksiyalarına tam uyğun olduğunu söyləyib. “Binance” həmçinin qeyd edib ki, şirkət protokollarına əsasən, hər bir müştəri yaşayış ölkəsinin yoxlanılması və şəxsi identifikasiya daxil olmaqla nəzarətdən keçməlidir.