KİV: "Əfqanıstan XİN başçısına hücum edilib"
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” rejiminin xarici işlər naziri Əmir Xan Müttəkiyə hücum edilib. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, Pakistana yola düşərkən Kabil Hava Limanı raket atəşinə tutulub. Nəticədə hava limanının azı 3 əməkdaşı və bir neçə sərnişin xəsarət alıb. Nazirin xəsarət almadığı bildirilib. Qeyd edilib ki, Əfqanıstanın paytaxtındakı hava limanına ümumilikdə 3 raket atılıb.
Oxunub: 109
Xəbəri paylaş
Paylaş: