ABŞ Türkiyə - Liviya Memorandumunu tənqid edib -
Amma Tripoli hökumətini tanıyır?!
Dövlət Departamentindəki mənbəyə istinadla, «Röyter» agentliyinin verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) əvvəlki kimi, rəsmi olaraq, Feyz əl-Sərracın başçılıq etiyi Tripoli hökumətini tanıyır. Ancaq özünü “Liviya milli ordusu” adlandıran general Həftarın silahlı dəstəsilə münaqişədə heç birinin tərəfini saxlamır.
KİV-in yaydığı məlumata görə, belə mövqe gələcək danışıqlar zamanı kara gələ bilər.
Türkiyə ilə Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizinin bölünməsi məsələsində fikir ayrılığı qalır.
«Hazırda bölgədə situasiyanı bir qədər də qızışdırmağın vaxtı deyil» - deyə, Dövlət Departamentindəki mənbə bildirib.Onun sözlərinə görə, Liviyaya Türkiyə hərbi kontingentinin göndəriməsinə imkan verən saziş «məqsəduyğun deyil və provakasiya xarakterlidir».
Türkiyə Böyük Mİllət Məclisi (TBMM) dekabrın 21-də Liviya Milli Həmrəylik Hökuməti (MHH) ilə hərbi sahədə əməkdaşlıq barədəki Memorandumu ratifikasiya edib. Səsvermədə iştirak etmiş 395 deputatdan 268 nəfəri sözügedən sazişi dətəkləyib. Memorandumun qüvvəyə minməsi üçün indi onu prezident Rəcəb Tayyib Ədoğan imzalamalıdır.
«Kafkassam» Strateji Apaşdırmalar Mərkəzinin direktoru Hasan Oktayın fikrincə, Türkiyə və Liviya arasında hərbi əməkdaşlıq və lazım gələrsə türk ordusunun bu ölkəyə göndərilməsi barədə saziş Ankara ilə Moskva arasında münasibətlərin gərginləşməsminə gətirib çıxarmayacaq.«Türkiyə və Liviya Milli Həmrəylik Hökuməti tərəfindən imzalanmış Memorandumu bir sıra dövlətlər təəccüblə qarşılayıblar. Bu arada, BMT tərəfindən tanınmış hökumətlə bağlanmış həmin saiş beynəlxalq hüquq baxımından legitimdir. Əcər saziq həm də hərbi əməklaşlığı nəzərdə tutursa, o zaman Türkiyə Liviyaya ordu göndərmək məsələsinə baxa bilər» - deyə, «RİA Novosti» Hasan Oktaydan sitat gətirir.
Ekspertin fikrincə, Rusiya və Türkiyə münasibətlərində vaxtaşırı gərinlik yarana bilər. Amma Türkiyə ordusunun Lviyaya göndərilməsi perspektivi iki ölkə arasında gərginlik yaratmayacaq.
«Prezidentlər bu məsələni danışıqların gedişində həll edirlər» - deyə, Oktay qeyd edib.