ABŞ Türkiyəyə S-400 zenit-raket kompleksini öyrənmək üçün müraciət edib
“ABŞ Türkiyəyə Rusiyadan aldığı S-400 zenit-raket kompleksini öyrənmək üçün müraciət edib”. “Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “ABŞ S-400-ləri öyrənmək üçün onlara giriş istəyib. Amma bizim üçün bu, qəbuledilməz idi, müstəqil siyasətimizə zidd idi. Biz imtina etdik”-deyə, o vurğulayıb. Bundan başqa, Çavuşoğlu Türkiyənin Ukraynaya S-400 göndərilməsi ilə bağlı təkliflər aldığını da qeyd edib: “Bizə belə təkliflər gəldi, lakin biz imtina etdik. Biz onları öz ehtiyaclarımız üçün almışıq”.
Oxunub: 114
Xəbəri paylaş
Paylaş: