Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq. "Report"un xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, mayın 8-də əsasən dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında arabir duman olacağı, magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 500-800 m-dək məhdudlaşacağı ehtimalı var.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: