Kalın taxıl sazişinin müddətinin uzadılmasının mümkünlüyündən danışıb
Mayın 18-də başa çatan taxıl sazişinin müddətinin uzadılması şansları mövcuddur. “Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Habertürk” telekanalının efirində deyib. “Ümid edirəm ki, taxıl sazişi uzadılacaq, bununla bağlı şanslar var. Bu istiqamətdə lazımi səylər göstərilir”. Xatırladaq ki, 2022-ci il iyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında həmin müddətə uzadılıb.
Oxunub: 94
Xəbəri paylaş
Paylaş: