Azərbaycanda ötən gün 8 nəfər koronavirusa yoluxub - FOTO
Mayın 8-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 563 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 130 nəfər müalicə olunaraq sağalıb, 10 257 nəfər vəfat edib, aktiv xəstə sayı 176 nəfərdir.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 634, bu günə qədər isə ümumilikdə 7 597 921 test icra olunub.
Eyni zamanda ölkədə ötən gün peyvənd edilən olumayıb.
Azərbaycanda bu günə qədər vurulan peyvəndlərin ümumi sayı isə 13 962 579-dur.