Ukrayna SQ Priqojının Rusiya hərbçilərinin qaçması barədə məlumatını təsdiqləyib
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojın Rusiya Silahlı Qüvvələrinin 72-ci motoatıcı briqadasının Baxmutdan qaçdığını açıqlayıb. Ukrayna hərbçiləri işğalçıların iflasını təsdiqləyiblər. “Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 3-cü ayrı hücum briqadası teleqramda məlumat yayıb. “Rəsmi. Priqojının Rusiyanın 72-ci motoatıcı briqadasının Baxmutdan qaçması və orada qalan rusiyalıların “500 cəsədi” ilə bağlı xəbəri doğrudur”, - məlumatda bildirilib. Qeyd olunub ki, iki gün ərzində “Azov” taktiki qrupunun tərkibində hücum təyyarələri 64 işğalçını məhv edib, daha “87-si isə yarı yoldadır”. Öldürülənlərin arasında “vaqnerçilər”in olduğu vurğulanıb. Eyni zamanda beş nəfər də əsir götürülüb.
Oxunub: 130
Xəbəri paylaş
Paylaş: