Kiyev Qələbə Günündə üç dəfə Moskvaya dronla hücum cəhdi edib
- FOTO
Ukrayna Silahlı Qüvvələri Qələbə Günündə ən azı üç dəfə pilotsuz təyyarələrlə Moskvaya hücum etməyə cəhd edib. Bu barədə “Mash” “Telegram” kanalı məlumat verib. Məlumata görə, söhbət “UJ-22 Airborne” PUA-larından gedir. Onlardan biri Kaluqa vilayətinin Peremışl kəndi üzərində (paytaxtdan təxminən 175 km aralıda) vurulub, ikincisi Moskva Dairəvi Avtomobil yolunun yaxınlığında yerləşən Bitsevski meşəsində yerə endirilib. Üçüncü PUA isə Cənub-Qərb İnzibati Dairəsi Lomonosovski rayonunda zərərsizləşdirilib. Hadisə nəticəsində xəsarət alanlar olmayıb, pilotsuz aparatlar partlamayıblar. PUA-lar Çerniqov vilayətindən buraxılıb. Bu bölgədən Moskvaya qədər olan məsafə təxminən 600 kilometr təşkil edir. Zərərsizləşdirilmiş “quşların” maksimal uçuş məsafəsi isə 800 kilometrdir.