Avropada təbii qazın qiyməti son 10 ayın minimumuna düşüb
Avropada birja ticarətində təbii qazın qiyməti 2021-ci il iyulun 8-dən bəri ilk dəfə 1000 kubmetr üçün 400 ABŞ dollarından aşağı düşüb. “Report” TASS-a istinadən xəbər verir ki, bunu London ICE birjasının məlumatları göstərir. Təbii qazın qiymətində gün ərzində baş vermiş azalma təxminən 2,4 % təşkil edib. Niderlandın TTF habında iyun fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 398,1 ABŞ dollarına düşüb.
Oxunub: 113
Xəbəri paylaş
Paylaş: