Almaniya Prezidenti: “Ukraynadakı hadisələr Avropanın təhlükəsizliklə bağlı nizamının məhvinə gətirib çıxarıb”
“Ukraynada baş verən hadisələr uzunmüddətli perspektivdə Avropanın təhlükəsizliklə bağlı nizamının məhvinə gətirib çıxarıb”. “Report” xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer RBB radiostansiyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, hətta Ukraynada münaqişənin sona çatması belə köhnə təhlükəsizlik fəlsəfəsinə qayıtmaq demək deyil: “Yeni vəziyyət yaranacaq: bir tərəfdən Avropa, digər tərəfdən Rusiya özlərini bir-birilərindən müdafiə etməyə çalışacaq”. Almaniya Prezidentinin fikrincə, ümumi təhlükəsizlik fəlsəfəsi uzunmüddətli perspektivdə ümumi anlayış olmaqdan çıxacaq: “Təəssüf ki, bu, Ukraynadakı münaqişənin nəticəsidir”.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: