Konfrans Liqası: "Bazel" və "Vest Hem" əzmkar qələbə qazanıb
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
"Report"un məlumatına görə, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
"Fiorentina" İtaliyada İsveçrə "Bazel"i ilə bacarmayıb - 1:2. Digər matçda isə "Vest Hem" İngiltərədə Niderlandın "AZ Alkmaar" klubu üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.
UEFA Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
11 may
23:00. "Fiorentina" (İtaliya) - "Bazel" (İsveçrə) - 1:2
Qollar: Artur Kabral, 25 - Andi Diuf, 71. Andi Zekiri, 90+3
Baş hakim: Fransua Leteksye (Fransa)
Florensiya, "Artemio Franki" stadionu
23:00. "Vest Hem" (İngiltərə) - "AZ Alkmaar" (Niderland) - 2:1
Qollar: Səid Benrahma, 67 (penalti). Maykl Antonio, 76 - Ticani Reynders, 41
Baş hakim: Halil Umut Meler (Türkiyə)
London, "London" stadionu
Qeyd edək ki, komandalar arasında cavab oyunları mayın 18-də gerçəkləşəcək.