Kanadada meşə yanğınları: Alovların tüstüsü ABŞ-yə çatdı
- FOTO
Mayın 6-da Kanadanın qərbindəki Alberta ştatında başlayan və daha sonra Britaniya Kolumbiyası bölgəsinə yayılan meşə yanğınları nəticəsində yüksələn tüstü ABŞ-yə çatıb. ABŞ-nin Milli Hidrometeorologiya Xidməti bildirib ki, Kanadada meşə yanğınlarından çıxan və atmosferin yuxarı qatında dayanmış tüstü Vaşinqtonda havanın alatoranlığa bənzəməsinə səbəb olub. Səlahiyyətlilər Kanadanın Alberta ştatındakı meşə yanğınlarından 23-nün nəzarətdən çıxdığını və yanğınların 75 nöqtədə davam etdiyini bildirib. Rəsmilər qeyd ediblər ki, 300 əsgər yanğınsöndürənlərə dəstək olmaq üçün havadan və qurudan yanğınların qarşısını almağa kömək edəcək. Yanğınlar 6000-dən çox şagirdə təsir etdiyi üçün 28 məktəbdə təhsil dayandırılıb. Qeyd edək ki, Kanadada mayın 6-dan başlayan meşə yanğınları səbəbi ilə 29 min sakin təxliyə edilib. Alberta ştatında fövqəladə vəziyyət elan olunub.