Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn olunacaq - FOTO
Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhər sakinidir.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, o, bu gün Qəbələ şəhərində dəfn ediləcək.
2001-ci il təvəllüdlü M.Qarayev evin tək oğlu və ali təhsilli olub.
O, hərbi xidmətinin bitməsinə 49 gün qalmış şəhidlik zirvəsinə ucalıb.


Oxunub: 155
Xəbəri paylaş
Paylaş: