Qəbələdə şəhid Məhəmməd Qarayevlə vida mərasimi keçirilir
- FOTO
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Məhəmməd Qarayevin nəşi doğulduğu Qəbələ rayonuna gətirilib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi ailəsinə təhvil verilib. Hazırda ailəsinin yaşadığı evdə M.Qarayevlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və Qəbələ rayon sakinləri iştirak edirlər. Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılacaq. 2001-ci il təvəllüdlü M.Qarayev evin tək oğlu və ali təhsilli olub. O, hərbi xidmətinin bitməsinə 49 gün qalmış şəhidlik zirvəsinə ucalıb.