Ukrayna Prezidenti Almaniyada səfərdədir
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın paytaxtı Berlində rəsmi səfərdədir. “Report” xəbər verir ki, bu barədə dövlət başçısı “Artıq Berlindəyəm. Silah. Güclü paket. HHM. Yenidənqurma. Avropa. NATO. Təhlükəsizlik”, - deyə o, sosial şəbəkədə belə şərh edib. Qeyd edək ki, Ukrayna Prezidentinin səfərinin etibarlı proqramı hələlik bəlli olmasa da, Zelenskinin Berlində Almaniya kansleri Olaf Şoltsla görüşəcəyi gözlənilir. Bundan sonra o, böyük ehtimalla Almaniyanın Aaxen şəhərinə gedəcək. Dekabr ayında Zelenskiyə və Ukrayna xalqına verilən Avropada xidmətlərinə görə Böyük Karl mükafatının təqdimatı olacaq. Xatırladaq ki, bu, Ukrayna Prezidentinin müharibə başlayandan sonra Almaniyaya ilk səfəridir.
Oxunub: 100
Xəbəri paylaş
Paylaş: