Burkina-Fasoda 33 nəfər terrorçuların qurbanı olub
Burkina-Fasonun şimal-qərbində terrorçuların hücumu nəticəsində azı 33 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə Bukl-du-Muhun ragionunun qubernatoru Pyer Bassinq “Agence France Presse”ə bildirib. Burkina-Faso 2015-ci ildən Qərbi Afrikada terror fəaliyyətinin episentrinə çevrilib. Ölkədə bir neçə beynəlxalq ekstremist qruplar, o cümlədən İŞİD qruplaşmasının strukturu olan “Böyük Səhrada İslam Dövləti” və “Ənsarül-İslam” fəaliyyət göstərir. Qeyri-hökumət təşkilatlarının məlumatına görə, son illərdə Burkina-Fasoda 10 mindən çox insan terrorçular tərəfindən öldürülüb.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: