SİMA ilə “banks.az” platformasında bank və BOKT-ların xidmətlərindən yararlanın!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. SİMA yeni nəsil rəqəmsal imzanın maliyyə platforması tərəfdaşı “ Vətəndaşlar SİMA ilə identifikasiya nəticəsində “banks.az” platformasında yaradılan elektron kabinetdə bank və BOKT-lara göndərilən müraciətin statusu barədə məlumat əldə edəcəklər. Azərbaycanın ilk maliyyə supermarketi olan “banks.az” 2008-ci ildən fəaliyyət göstərir. SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. Vətəndaşlar üçün ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin