Məşhur şirkət 8 min əməkdaş axtarır
“Lufthansa Group” bu il daha 8 min nəfəri işə götürməyi planlaşdırır. Məlumata görə, müxtəlif ölkələrdə işləmək üçün texniklər, informasiya texnologiyaları ekspertləri, pilotlar və hüquqşünaslar axtarılır. Şirkət bu il artıq 6 min yeni işçi qəbul edib. Onların əksəriyyəti əlavə iş yerlərinə cəlb olunublar. Qeyd edək ki, pandemiya zamanı “Lufthansa” dünya miqyasında demək olar ki, 40 min iş yerini ixtisar edib.
Oxunub: 83
Xəbəri paylaş
Paylaş: