2030-cu ildə insultdan ölənlərin sayı 5 milyona çata bilər
2030-cu ilə qədər bütün dünyada insultdan ölənlərin sayı 5 milyona çata bilər. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika Nevrologiya Akademiyası məlumat yayıb. Tədqiqat zamanı 1990-2019-cu illər üçün Ümumdünya Səhiyyə Təşkilatının məlumatları təhlil edilib. Belə ki, işemik insultdan ölənlərin sayı 1990-cı ildə 2,04 milyon olubsa, 2019-cu ildə 3,29 milyona yüksəlib. İnsult üçün yeddi əsas risk faktoru müəyyən edilib: siqaret çəkmək, ifrat dərəcədə pəhriz, yüksək qan təzyiqi, xolesterolun artması, böyrək funksiyasının pozulması, qanda şəkərin çoxalması və piylənmə. İşemik insultun 2030-cu ildə 4,9 milyon insanın ölümünə səbəb olacağı proqnozlaşdırılır.
Oxunub: 93
Xəbəri paylaş
Paylaş: