ABŞ-ın Montana ştatında ilk dəfə "TikTok"dan istifadə qadağan edilib
ABŞ-da ilk dəfə olaraq Montana ştatında "TikTok"dan istifadə qadağan edilib.
"Report" xəbər verir ki, müvafiq qanunu ştatın qubernatoru Qreq Gianforte imzalayıb.
Qeyd edilib ki, Montana ABŞ-da "TikTok" sosial şəbəkəsini tamamilə qadağan edən ilk ştatdır.
Buna səbəb kimi bəzi məxfi məlumatların qorunması göstərilib.
Qadağa gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Oxunub: 119
Xəbəri paylaş
Paylaş: