Krıma PUA-larla hücum olub
Bu gecə Krım yarımadasına PUA-larla hücum olub. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Aksyonov məlumat yayıb. Onun sözlərinə görə, Krım səmasında 4 PUA məhv edilib. S.Aksyonov dağıntı və itki olmadığını bildirib. Qeyd edək ki, Rusiya 2014-cü ildən Krımı işğal altında saxlayır. İşğaldan sonra Rusiya yarımadanı ilhaq edib.
Oxunub: 70
Xəbəri paylaş
Paylaş: