Gəncədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd edilib
- FOTO
Türkiyənin Gəncədəki Baş Konsulluğunda Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə tədbir keçirilib. "Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, rəsmi şəxslər, ictimaiyyət təmsilçiləri iştirak edib. Xatırladaq ki, Türkiyə İstiqlaliyyət müharibəsi Birinci Dünya müharibəsindən məğlub olaraq çıxan Osmanlı dövlətinin Antanta qüvvələri tərəfindən işğalı sonucunda Misak-i Milli, yəni Mustafa Kamal (1934-cü ildən Atatürk) və silahdaşları tərəfindən qəbul edilən Türkiyə sərhədləri daxilində ölkənin bütövlüyü üçün Samsun şəhərində başladılan çoxcəbhəli siyasi və hərbi mübarizədir. Bir çox tarixçilər sözügedən günü müasir Türkiyə tarixindəki önəmini və bu ölkənin gələcəyində müstəsna rol oynadığını bildirirlər. Belə ki, tarixçi professor Hakkı Uyar həmin günün Türkiyənin bir dövlət olaraq sadəcə ekzistensial savaşı olduğuna deyil, həmçinin gələcəkdə müasir cəmiyyət olaraq formalaşmasında mühüm hadisə olduğuna Mayın 19-u əvvəlcə 1935-ci ildə Atatürk Günü adı altında rəsmiyyət qazanıb. 1938-ci ildə ölümündən bir neçə ay öncə Mustafa Kamal Atatürk bu bayramı gəncliyə ərməğan edib və mayın 19-u Gənclik və İdman Bayramı olaraq qeyd edilməyə başlayıb. 1980-ci il sentyabrın 12-də baş tutan hərbi çevrilişdən 1 il sonra bayram “Atatürkü Anma, Gənclik və İdman Bayramı” adını alıb. Xatırladaq ki, Atatürkü Anma, Gənclik və İdman Bayramı, Türkiyədən başqa, Şimali Kipr Türk Respublikasında da qeyd edilir.