Cozef R.Bayden: “Azərbaycan-ABŞ tərəfdaşlığı regionda inkişafı təmin edib”
Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. “Report” xəbər verir ki, bu, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrikində yer alıb. “Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq”, - Bayden qeyd edib.
Oxunub: 76
Xəbəri paylaş
Paylaş: