Rusiyanın təhsil nazirinin müavini səfərdən qayıdarkən ölüb
Rusiyanın elm və ali təhsil nazirinin müavini Pyotr Kuçerenko 47 yaşında vəfat edib. “Report” xəbər verir ki, bu barədə Rusiyanın Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidməti Bildirilib ki, nazir müavini Kubaya ezamiyyətdən qayıdarkən təyyarədə halı pisləşib. “Təyyarə Mineralnıye Vodı şəhərinə enib, orada həkimlər kömək etməyə çalışsalar da, Pyotr Aleksandroviçi xilas edə bilməyiblər”, - qurumun saytında bildirilib.
Oxunub: 69
Xəbəri paylaş
Paylaş: