“Dövlət çevrilişi hazırlanır” –
Lukaşenkodan sensasion açıqlama
“Belarusda Maydan olmayacaq”.
Bunu Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəisi Valeri Vakulçiklə görüşdə Prezident Aleksandr Lukaşenko deyib.
“Belarusa küləklərin haradan əsdiyini bilirik. Təəssüf ki, istədiyim tərəfdən deyil. Ancaq hər hansı bir küləyə hazırıq. Özünüz də tariximizdən bilirsiniz ki, küləklər həmişə müxtəlif istiqamətlərdən Belarusa doğru əsib. Bugünkü mərhələnin fərqli bir xüsusiyyəti budur ki, bu küləklər və qasırğalarla mübarizə aparmağı öyrənmişik”.