NATO PA Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırımı kimi tanıdı
NATO Parlament Assambleyası Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırımı, Rusiya hakimiyyətini isə irqçi (raşist) kimi tanıyıb. Bu barədə Ukraynanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernov məlumat verib. O bildirib ki, Lüksemburqda keçirilən assambleyanın sessiyasında bəyannamə yekdilliklə qəbul edilib. “Bundan başqa, NATO PA öz ölkələrinin hökumətlərini Vilnüs sammitində Ukraynanın Alyansa üzv olacağını açıq şəkildə bəyan etməyə və Ukraynanın NATO-ya daxil olması üçün növbəti konkret addımları razılaşdırmağa çağırıb”, - Çernev qeyd edib. O, bəyannaməni Ukraynanın diplomatik qələbəsi adlandırıb.
Oxunub: 63
Xəbəri paylaş
Paylaş: