Bu il Azərbaycanda 12 sel hadisəsi qeydə alınıb
Bu il yağan intensiv yağışlar nəticəsində Azərbaycan ərazisində 12 sel hadisəsi qeydə alınıb. Bunu "Report"a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, may ayında isə 5 belə fakt qeydə alınıb: "1966-2001-ci ilə qədər ölkədə sel-daşqın hadisələrinin sayı 3-5, 2020-2022-ci ildə isə bu rəqəm 35-48 arası olub. Regiondan asılı olaraq, yağıntıların düşməsi iqlim dəyişikliyindən xəbər verir". Nazir müavini vurğulayıb ki, hazırda Gəncəçay-Alaxançallı məntəqəsindən (Daşkəsən rayonu ərazisi) sel keçir: "Yaxın saatlarda Zurnabad məntəqəsinə çatacağı gözlənilir. Ayın sonuna qədər edilən xəbərdarlığa görə, dağlıq və dağətəyi ərazilərdə sel və daşqın olması ehtimalı var".
Oxunub: 140
Xəbəri paylaş
Paylaş: