Tramp iğtişaşları terror adlandırdı:
Qoşun yeridəcəyik
Bu sözləri ABŞ Prezidenti Donald Tramp son bir neçə gün ərzində ölkədə baş verən kütləvi etirazlar və iğtişaşlarla bağlı danışarkən deyib.
"Linkoln və İkinci Dünya Müharibəsi Memorialı vandalların hücumuna məruz qalıb. Bunlar dinc etiraz deyil, daxili terror aktlarıdır", - deyə Tramp söyləyib.
Donald Tramp qeyd edib ki, ABŞ federal hökuməti ölkədəki böyük iğtişaşlara son qoymaq üçün bütün mülki və hərbi ehtiyatlarını səfərbər etmək niyyətindədir.
Oxunub: 200
Xəbəri paylaş
Paylaş: