Bakı-Qəbələ-Bakı marşrutu üzrə həftəsonu qatar reyslərinin sayı artırılıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yay mövsümünün başlaması ilə əlaqədar Bakı-Qəbələ-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq iyunun 03-dən etibarən qatar reyslərinin sayını artırıb. Bu barədə ADY-dən məlumat verilib. Bildirilib ki, qeyd edilən tarixdən etibarən həftənin şənbə və bazar günləri olmaqla saat 08:00-da Bakı Dəmiryol Vağzalından Qəbələyə yola düşən qatar mənzilbaşına saat 11:20-də, həmin günlər Qəbələdən saat 19:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq. Marşrut üzrə bir istiqamətə gedişhaqqı standart sinif üçün 14 manat təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (