27 illik evliliyə son: Türkiyəli məşhur cütlük boşandı
Türkiyəli sənətçi cütlük Mehmet Aslantuğ və Arzum Onan 27 illik evliliklərini bitiriblər. 49 yaşlı aktrisa və 61 yaşlı aktyor məhkəməyə əl-ələ gəliblər. Beykoz Ailə Məhkəməsində verilən qərarla onların evliliyinə son verilib. Beləliklə, 27 illik evlilik 10 dəqiqə davam edən məhkəmənin sonunda başa çatıb. Jurnalistlərin onların məhkəməyə niyə əl-ələ gəlməsi ilə bağlı sualına Arzum Onan cavab verib: “Dostlar, bu çox həssas məsələdir”.
Oxunub: 66
Xəbəri paylaş
Paylaş: